Azedu.az

İnzibati icraçı vəzifələr üzrə test imtahanı təşkil olunacaq

24 Avqust 2020, 11:01
İnzibati icraçı vəzifələr üzrə test imtahanı təşkil olunacaq

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 27-də inzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan vəzifələr üzrə test imtahanı keçiriləcək.

 

AzEdu.az xəbər verir ki, test imtahanında iştirak etmək üçün 125 nəfər (BA - 49, BB - 76) qeydiyyatdan keçib. İmtahanda iştirak etmək üçün qeydiyyat avqustun 26-sı saat 17:00-dək aparılacaq.

 

Qeyd edək ki, imtahan kompüter vasitəsilə Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında keçiriləcək.

Solovyov Azərbaycanı görün, nə ilə hədələdi...
Son xəbərlərDaha çox