Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-18 15:38:00
Yanvarın 13-də elan olunan müsabiqə üzrə müsahibədə 119 nəfər uğur qazanıb

Ümumilikdə 35 dövlət orqanında 623 vakant vəzifənin (B növü üzrə) tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yanvarın 13-də elan olunmuş müsabiqə üzrə müsahibə davam edir.

 

AzEdu.az xəbər verir ki, müsahibədə indiyədək 119 nəfər uğur qazanıb. Onlardan 32-si Dövlət Statistika Komitəsində, 27-si Kənd Təsərrüfatı Nazirliyində, 21-i Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, 10-u Energetika Nazirliyində, 9-u Bakı Ağır Cinayətlər Məhkəməsində, 7-si Bakı şəhəri Səbail Rayon Məhkəməsində, 4-ü Abşeron Rayon Məhkəməsində, 2-si Sumqayıt Şəhər Məhkəməsində, 2 nəfər isə Qəbələ Rayon Məhkəməsində müxtəlif vəzifələrə uyğun bilinib.

 

Xatırladaq ki, müsahibədə iştirak etmək üçün 2709 nəfər sənəd verib. Müsahibə oktyabrın 7-də başa çatacaq.

 

Azərtac