Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-14 13:12:00
BANM-in məzunları DAAD təqaüdünü qazandı

Bakı Ali Neft Məktəbinin (BANM) 3 məzunu Almaniyanın nüfuzlu DAAD (Alman Akademik Mübadilə Xidmətinin) təqaüdünü qazanıblar.

 

AzEdu.az xəbər verir ki, “Kimya mühəndisliyi” ixtisasının məzunları Nərmin Baxışova Almaniyanın Hamburq Universitetində, Əsəd Əsədli və Sahib Abdullayev isə Friedrich-Alexander Erlanqen-Nümberq Universitetində magistratura pilləsi üzrə təhsil alacaqlar. Təqaüd proqramı çərçivəsində onların yaşayış və təhsil xərcləri qarşılanacaq.

 

Qeyd edək ki, BANM-in 2019-cu il məzunları olan Nərmin Baxışova hazırda İtaliyanın “Maire Tecnimont” şirkətlər qrupunun “TCM KT JV Azərbaycan” MMC-də layihə üzrə kiçik mühəndis, Sahib Abdullayev isə bp şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə proses mühəndisi işləyir. 

 

Məlumat üçün bildirək ki, Azərbaycandan təqaüd üçün seçilmiş 25 nəfərdən 3-ü məhz BANM məzunudur.

 

DAAD gənclərə Almaniya daxili və xaricində beynəlxalq təhsil və tədqiqat təcrübəsini toplamağa imkanı yaradan Akademik Mübadilə Xidmətidir.