Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-06 10:47:00
“Məktəb psixoloqu” layihəsi çərçivəsində vebinar təşkil olunub

Təhsil İşçilərinin Peşəkar İnkişafı Mərkəzinin (TİPİM) təşəbbüsü ilə “Məktəb psixoloqu” layihəsi çərçivəsində vebinar keçirilib.

Mərkəzdən AzEdu.az-a bildirilib ki, emosional intellekt mövzusunda təşkil olunan vebinarda ümumtəhsil müəssisələrində psixoloq vəzifəsində çalışanlar iştirak ediblər.

 

Onlayn seminarda hisslər, onların idarə edilməsi üsulları və şagirdlərdə emosional zəkanı inkişafetdirmə texnikalarından bəhs olunub. İştirakçılar mövzu haqqında təəssüratlarını həmkarları ilə bölüşüblər.