Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-02 12:55:00
Müəllimlərin onlayn dərslərlə bağlı bilməli olduğu informasiyalar-Payız semestri üçün ÇOX VACİB

Distant təhsil heç vaxt ənənəvinin yerini verməyəcək, lakin görünən odur ki, payızda da dərslər onlayn şəkildə davam edəcək. Onlayn təhsildə də şagirdlərin diqqətini çəkəcək siniflər yaratmaq mümkündür. Onlardan bəziləri…

 

Səmimi onlayn mühit yaradın

 

Şagirdlərlə onlayn təhsilə qoşulduqda onlarla əl ilə salamlaşa bilməsək də, dəyərli hiss etdirəcək başqa işlər görülə bilər.

 

Dərsə başlamadan əvvəl şagirdləri salamlayın və şagirdlərin üzünüzü görmələrinə icazə verin. Mövzunu izah etmədən öncə “Bu gün necəsiniz”  sualını verin. Bir şagirdin narahatlığını görsəniz, ona mesaj yazaraq halını maraqlanın. Hər gün dərsə başlamazdan əvvəl bu gün şagirdlərinizdən nə gözləyirsiniz? Kimi sualı onlarla müzakirə edin. Eyni zamanda sosial mediadan dərs amanı necə istifadə etmək haqda qaydaları onlarla bölüşün. Onlayn dərsi siin idarə etdiyinizi unutmayın. Şagirdləriniz ənənəvidə olduğu kimi onlayn dərslərdə də qarışıqlıq yaratmaq istəyə bilər. Məsələn, qəsdən vulqar ifadələr, nalayiq sözlər, ucadan danışmaq, qışqırmaqvə s. hallar olduqda həmin şagirdi dərsdən kənarlaşdırın.

 

Ailələrlə ünsiyyət qurmağa çalışın…

 

Şagirdlərin və valideynlərin yaşadığı çətinlikləri düşünün. Həftədə 1 dəfə onlayn iclaslar keçirin. Valideynlərə işlərini asanlaşdıracaq ip ucları verin. Sizə aid sosial platformada “Ən çox soruşulan suallar” bölümü yaradın.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları