Azedu.az

Şamaxı Astrofizika Rəsədxanası alimlərinin elmi məqalələri NASA-nın rəqəmsal kitabxana portalına yüklənib

30 İyul 2020, 13:31
Şamaxı Astrofizika Rəsədxanası alimlərinin elmi məqalələri NASA-nın rəqəmsal kitabxana portalına yüklənib

“Azərbaycan astronomiya” jurnalının son illərdəki buraxılışlarının elektron nüsxələri SAO/NASA Astrofizika Məlumat Sisteminə (ADS) yerləşdirilib.

 

Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından AzEdu.az-a verilən məlumata görə, ŞAR alimlərinin elmi məqalələri hər il dövri olaraq “Azərbaycan astronomiya” jurnalında dərc edilir. Jurnaldakı məqalələrin elektron nüsxələri 2013-cü ildən etibarən ADS-yə yüklənərək arxivləşdirilir.

 

Qeyd edək ki, ADS astronomiya, astrofizika və fizika arxiv elektron nəşrlərini əhatə edən 13 milyondan çox qeydlərdən ibarət üç biblioqrafik məlumat bazasına malikdir.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox