Azedu.az

BŞBPİ: Buraxılış imtahanları ilə əlaqədar xidmətə əlavə polis naryadları cəlb olunub

Dövlət İmtahan Mərkəzi

29 İyul 2020, 10:22
BŞBPİ: Buraxılış imtahanları ilə əlaqədar xidmətə əlavə polis naryadları cəlb olunub

Paytaxtda 29-30 iyul 2020-ci il tarixlərində növbəti buraxılış (qəbul) imtahanları pandemiya şəraiti və xüsusi karantin rejimi tələblərinə uyğun olaraq təşkil edilir. 

 

Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən AzEdu.az-a verilən məlumata görə, iştirakçılar arasında sosial məsafənin qorunmasına və tibbi maskadan istifadə edilməsinə nəzarət olunur: "İmtahan keçirilən ünvanlarda polis və Daxili Qoşunların hərbi qulluqçuları xidmət aparır. Bu məqsədlə ictimai təhlükəsizliyin tam və hərtərəfli təmin olunması üçün bütün zəruri tədbirlər təşkil olunaraq icraya yönəldilib, əlavə naryad qrupları xidmətə cəlb olunub".

 

Azərbaycana narkotik gətirən əsas adam tutuldu - ANBAAN GÖRÜNTÜLƏR
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox