Azedu.az

Sərt karantin rejimi elan olunan rayonlarda da imtahanlar keçiriləcək - RƏSMİ

17 İyul 2020, 14:15
Sərt karantin rejimi elan olunan rayonlarda da imtahanlar keçiriləcək - RƏSMİ

“Sərt karantin rejimi elan olunan rayonlarda imtahan keçirilməsi üçün icazə alınıb”.

 

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə buraxılış və qəbul imtahanları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

 

O qeyd edib ki, həmin rayonlarda imtahan verilən zaman qaydalar olacaq:

 

“Hər dörd imtahan günü təxminən 15 min abituriyent imtahanlara cəlb olunacaq”.

 

M.Abbaszadə əlavə edib ki, imtahanlarda iştirakçıların kütləviliyinin azaldılması məqsədilə kolleclərə (və ya hərbi liseylərə) ərizə verməyən doqquzuncu sinif şagirdləri iştirak etməyəcəklər:

 

“Bu şagirdlər üçün buraxılış imtahanı sentyabr ayında keçiriləcək”.

 

Oxu.az

 

Azərbaycana narkotik gətirən əsas adam tutuldu - ANBAAN GÖRÜNTÜLƏR
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox