https://www.zirve.edu.az/
07.07.2020 09:13
Daha bir universitet müəllimi koronavirusdan ÖLDÜ

Bakı Slavyan Universitetinin (BSU) rus dili kafedrasının müdiri, dosent Könül Qasımova koronavirusdan vəfat edib.

 

AzEdu.az xəbər verir ki, bu barədə universitetin prorektoru Xanım Sultanova bildirib.

 

“Koronavirus BSU-dan da yan kecmədi. BSU-nun rus dili kafedrasının müdiri dosent Könül Qasımovanı itirdik. Hamı şok icində. Hamı kədər icində. Mən ilk dəfə rektorumu belə dərd icində, "necə bir gəlini itirdik", - deyə icin-icin ağlayan gördüm. Cox ağır dərddir. Bütün BSU əhlinə başsağlığı verirəm. Allah sənə rəhmət eləsin, Könül! Tanrı dünyamızı qorusun! Sözün bitdiyi yer! Hec özümə yer tapa bilmirəm!”, - deyə prorektor bildirib.