Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-02 11:21:00
Laçınlı məcburi köçkünlər üçün modul tipli iki məktəb binası quraşdırılır  

Laçınlı məcburi köçkün məktəblilər üçün Ağdam və Bərdə rayonları ərazisində modul tipli iki məktəb binası quraşdırılır.

 

Binaların tikinti-quraşdırma işləri Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında" 2020-ci il 6 may tarixli Sərəncamı ilə ayrılan vəsait hesabına həyata keçirilir.

 

AzEdu.az  xəbər verir ki, Nağdalı kənd tam orta məktəb üçün quraşdırılan bina 80, Əfətli kənd ümumi orta məktəbi üçün qurulan bina isə 40 şagird yerlikdir. Tikinti-quraşdırma işlərinin yeni dərs ilinədək başa çatdırılması nəzərdə tutulur. Məktəblər müasir avadanlıqlar və mərkəzləşdirilmiş istilik sistemi ilə təmin ediləcək.

 

Modul tipli məktəblərin üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır. Modul tipli məktəblərin tikintisində əsasən yerli istehsal məhsullarında istifadə edilir.(Azərtac)