Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-29 14:31:00
Kanadada təqaüdlə təhsil almaq istəyənlər üçün ƏLA ŞANS – Sənəd qəbulu BAŞLADI  

Kanada hökuməti növbəti tədris ilində bu ölkədə təqaüdlə təhsil almaq istəyənlər üçün “Vanier Kanada Məzun Təqaüdü” (Vanier Canada Graduate Scholarship) proqramına sənəd qəbuluna start verib.

 

AzEdu.az xəbər verir ki, “Vanier Canada Graduate Scholarship” proqramı tələbələrin magistratura və doktorantura üzrə tam təqaüdlə təhsil almaları üçün nəzərdə tutulub.

 

Belə ki, bu təqaüd vasitəsilə Kanadanın ən reytinqli universitetlərində bütün tədqiqat sahələri üzrə ödənişsiz təhsil almaq mümkündür. Proqram yerli və beynəlxalq tələbələrə 166 Kanada təqaüdü təklif edir.

 

3 il boyunca hər tədris ilində təhsilalanları 50.000 dollar təqaüdlə təmin edən “Vanier CGS” vasitəsilə aşağıdakı tədqiqat sahələri üzrə təhsil almaq mümkündür:

 

  1. Sağlamlıq;
  2. Təbiət elmləri;
  3. Mühəndislik;
  4. Sosial Elmlər;
  5. Humanitar sahə.

 

Sənəd qəbulu üçün son tarix 3 noyabr 2020-ci ildir. “Vanier CGS” təqaüdünə müraciət etməzdən əvvəl proqramın siyahısında olan universitetlərdən birinə qəbul olmaq lazımdır.

 

Qeyd edək ki, əlavə məlumat və qeydiyyat üçün buraya daxil ola bilərsiniz.