Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-26 15:05:00
Ən qəribə “Məzun günü” tədbiri – Tələbələr evlərindən  görün nə ATDILAR - VİDEO

Türkiyənin Maltəpə Universitetində “Eyni göyün üzünü bölüşürük, uzaqda deyilik” şüarı altında təşkil olunan “Məzun günü” tədbirində tələbələr ilk dəfə olaraq onlayn  kalpan atdılar.

 

AzEdu.az “İHA”ya istinadən xəbər verir ki, Türkiyədə Covid-19 pandemiyasının qarşısını almaq məqsədilə bütün təhsil tədbirləri internet üzərindən olur.

 

Bu il universitetlərin təhsillə yanaşı, məzun günü tədbirləri də koronavirus və onlayn tədrisin təsirindən yan keçmədi.

 

Belə ki, virusa görə mart ayından bu yana distant təhsilə keçid edilən Maltəpə Universitetində tələbələrin bu özəl günü də onlayn şəkildə qeyd olunub.

 

Mərasimin gedişatı universitetin sayt və sosial media hesablarından yayımlanıb.

 

Tələbələri tədbirdən kənarda qoymamağa qərar verən universitet rəhbərliyi rəqəmsal dünyada da ənənəvi qaydada olduğu kimi göyün üzünə “kep” atan məzunları üçün unudulmaz bir xatirəyə imza atıb.

 

Məzunların evlərinə mantiya və  kalpan  göndərən universitet tələbələrin öz yaşadıqları yerdə ailələri ilə birlikdə məzun günü sevincini yaşamasına şərait yaradıb.

 

Kalpanları əldən-ələ bir-birlərinə ataraq video çəkən tələbələr onlayn təhsil tarixinə keçiblər.

 

Qeyd edək ki, koronavirus şəraitində davam edən 2019-2020-ci il tədris ilində Maltəpə Universitetində 2 min 757 tələbə məzun adını qazanıb.