Azedu.az

Universitetdə partlayış: 14 ölü

Ali təhsil

4 İyun 2018, 14:12
Universitetdə partlayış: 14 ölü

Əfqanıstanın paytaxtı Kabildə Politexnik Universitetdə partlayış baş verib. 

AzEdu.az “TOLOnews”un “Twitter” səhifəsinə istinadən xəbər verir ki, partlayış nəticəsində 14 nəfər həyatını itirib. 

Hadisə universitetdə ilahiyyatçı alimlərin yığıncağı zamanı baş verib. Partlayış yığıncaq bitməmiş baş tutub.

Partladıcının terrorçu kamikadze tərəfindən işə salındığı ehtimal edilir. 

Son məlumatlara görə içərisində 7-si ilahiyyatçı, 4-ü təhlükəsizlik xidmətinin əməkdaşı olmaqla 14 nəfər həyatını itirib. Ölənlərdən qalan üçünün kimliyini müəyyənləşdirmək hələ ki, mümkün olmayıb.

Daha 17 nəfərin isə yaralandığı bildirilir.

Əvəz

TƏCİLİ! Rusiyada panika yaşanır - Dəmiryol stansiyası partladıldı
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox