Azedu.az

DİM: Bir həftədən sonra Naxçıvanda imtahanlar keçiriləcək  

Dövlət İmtahan Mərkəzi

20 İyun 2020, 13:12
DİM: Bir həftədən sonra Naxçıvanda imtahanlar keçiriləcək  

“Gələn həftə üçün imtahanların cədvəli açıqlanıb. Növbəti həftə isə gələn həftənin ortalarında elan olunacaq”.

 

 AzEdu.az  xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

 

Onun sözlərinə görə, bir həftədən sonra Naxçıvanda mütləq imtahan keçiriləcək:

 

“Heyətin ora göndərilməsi üçün xüsusi təyyarə sifariş etmişik, həll olunan kimi orada imtahan keçirəcəyik. Xüsusi karantin rejimi tətbiq olunmayan digər rayonlarda da imtahan keçirməyi nəzərdə tutmuşuq. Vəziyyət hər gün dəyişir, ola bilsin hansısa başqa rayonda da sərt karantin rejimi tətbiq olunsun. Biz qərarları qəbul edəndə mütləq Operativ Qərargahdan icazə alırıq”.

 

APA 

Azərbaycana narkotik gətirən əsas adam tutuldu - ANBAAN GÖRÜNTÜLƏR
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox