Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-17 16:21:00
Yaponiyada pulsuz təhsil almaq istəyənlərə ƏLA ŞANS – Sənəd qəbulu başlayır

Çoxlarınızın uzun zamandır gözlədiyi, magistratura və doktorantura təhsili üçün nəzərdə tutulan “Elmi-tədqiqat” Yaponiya Dövlət Təqaüd Proqramına sənəd qəbuluna start verilir.

 

AzEdu.az xəbər verir ki, qeydiyyat mərhələsinə Yaponiyanın Azərbaycandakı Səfirliyində 1 iyul tarixindən başlanılacaq. İyun ayı ərzində isə müraciətçilər sənədlərini hazırlayıb, 1 iyuldan etibarən səfirliyə yaxınlaşaraq, təhvil verə bilərlər.

 

Sənəd qəbulu üçün son tarix 4 sentyabr 2020-ci ildir. Müraciət sənədlərini hazırlamaq üçün öncəki illərə nisbətən uzun müddət verilib.

 

Qeyd edək ki, təqaüd proqramı (proqramın məzmunu, müraciətçiyə olan şərtlər), seçim prosesinin gedişatı və qeydiyyat üçün lazım olan sənədlər haqqında bu linkə daxil olaraq əlavə məlumat əldə edə bilərsiniz.