Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-12 16:12:00
Şagirdlərin tətil passivliyindən xilası üçün faydalı metodlar -  Valideynlərə vacib TÖVSİYƏLƏR

 

 

Şagirdlər koronavirusa görə uzun müddətdir ki, məktəbdən, aktiv tədrisdən kənarda qalıblar.

 

Bu payız məktəblər yenidən açıldığında valideynlər hər şeyin yolunda getdiyinə necə əmin ola bilərlər?

 

Yay tətili uşaqları ifrat "kağız işləri" ilə yorulmadan öyrənməyə və araşdırmağa həvəsləndirə biləcəyiniz mükəmməl bir zamandır. Təbii ki, kitab-dəftərlər uşaqların inkişafı üçün çox vacibdir. Ancaq bütün tətil boyunca bu vasitələrə bel bağlayıb, övladlarınızın maraqlarını cəlb etmək, onları əyləndirmək mümkün deyil.

 

AzEdu.az uşaqların öz yay tətillərini təkcə əyləncəli deyil, həmçinin öyrədici keçməsini təmin edən tövsiyələr haqqında yazını təqdim edir:

 

Yayda kitab oxumağa təşviq: Övladlarınızın oxuma səviyyəsindən asılı olmayaraq, tətil vaxtı kitab oxumaq çox  faydalı olacaq. Bu səbəbdən kitabxanalara tez-tez baş çəkin, kitab klublarına yazılın. Beləliklə, məktəblər açılana kimi uşaqların xeyli kitab oxumasına şərait yaradın.

 

Oyun zamanı: İdmandan tutmuş kompüter oyunlarına kimi oyun oynamaq öyrənməyin ən təsirli üsullarından biri hesab olunur. Oyun oynamaq uşaqlarda müstəqilliyi və emosional zəkanı inkişaf etdirir, yeni sərhədlər kəşf etməyə şərait yaradır və məqsədlərə çatmağa kömək edir. Bu səbəbdən fərdi və ya komanda idman növləri, kompüter oyunları seçib, ayda, həftədə bir dəfə “Ailə oyunu gecəsi” təşkil edə bilərsiniz.

 

Ailə gəzintiləri: Yaşadığınız şəhəri və ya yaxınlıqdakı ərazini ən son nə vaxt kəşfə çıxıbsınız ? Bir səyahət planı hazırlayın… Sizə Disneyləndi gəzin demirik. Bir muzeyi ziyarət edə, şəhəri gəzə, parkda ailənizlə birlikdə vaxt keçirə bilərsiniz. Bunun üçün bir çox ucuz və ödənişsiz səyahət imkanları var. Odur ki, tətil boyunca ayda iki dəfə ailənizlə həftəsonu gəzintisinə çıxın.

 

Məşğul olaraq öyrənmək: Uşaqlarınızı planlamağa, qurmağa, tənqid etməyə yaradıcı bir layihə üzərində düşünməyə təşviq etmək çox vacibdir. Bu cür öyrənmə vərdişləri tənqidi düşüncə, yaradıcılıq, koordinasiya şəxsi iradəni inkişaf etdirir. Bunun üçün nə edə bilərsiniz: “LEGO” ilə evlər inşa edin,  quş evi hazırlayın, “Minecraft”da payız üçün paltar tikin və s.

 

Özünüifadə: Əslində, bu həyatda hər birimiz bir sənətçiyik. Təbii ki, Van Qoq və ya Frida Kahlo deyilik, ancaq musiqi, rəqs, rəsm, veb-dizayn vasitəsilə özümüzü ifadə etmək bacarığına sahibik. Bu səbəbdən övladlarınızla rəqs günləri təşkil edin, uşaqları rəsm çəkməyə təşviq edin.

 

Təbiəti kəşf etmək: Uşaqlar daim təbiətlə təmasda olsun. Tez-tez bağa-bağçaya kəşfə çıxın. Açıq havanın xeyir vermədiyi heç kim yoxdur.

 

Əgər bu yay qeyd etdiyimiz fəaliyyətlərin bir neçəsini tamamlasanız, övladlarınız özləri də bilmədən çox dəyərli dərslər alacaq.