Azedu.az

Türkiyədə azərbaycanlı tələbələrin təhsil müddəti uzadıla bilər

Ali təhsil

Xaricdə təhsil

10 İyun 2020, 16:23
Türkiyədə azərbaycanlı tələbələrin təhsil müddəti uzadıla bilər

Türkiyədə koronavirus pandemiyası ilə bağlı təhsil müəssisələrində tədrisin dayandırılması ilə əlaqədar hazırda magistr və doktorantura pillələrinin diplom müdafiəsi mərhələsində olan tələbələr daha 2 semestr təhsil ala biləcəklər.

AzEdu.az  “Anadolu”ya istinadən xəbər verir ki, Ali Təhsil Komissiyasının bu dəyişikliyi ölkənin “Rəsmi qəzet”ində dərc edilib.

Belə ki, qeyd olunan pillələrin diplom müdafiəsi mərhələsində olan tələbələr müraciətləri əsasında daha 1 və ya 2 semestr təhsil ala bilərlər.

Bildirilir ki, verilən əlavə semestrlər ümumi təhsil müddətindən hesablanmayacaq.

 

TƏCİLİ! Xəzərdə faciə - Hərbçilər ö*ldü
SORĞU
Yeni tədris ilinin başlanğıcında üzləşdiyiniz ən ciddi problem hansıdır?
Səs ver
Son xəbərlərDaha çox