Azedu.az

Prezidentin rektor təyin etdiyi Ceyhun Məmmədov kimdir?

Ali təhsil

31 May 2018, 21:27
Prezidentin rektor təyin etdiyi Ceyhun Məmmədov kimdir?
 
Xəbər verdiyimiz kimi, bu gün prezident İlham Əliyev yeni yaradılan Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin edib. Ölkə başçısının sərəncamı ilə rektor vəzifəsi Ceyhun Valeh oğlu Məmmədova həvalə olunub.
 
 
AzEdu.az  xəbər verir ki, Ceyhun Məmmədov 28 yanvar 1975-ci ildə Cəbrayıl rayonunun Şükürbəyli kəndində anadan olub.  Xəzər  Universitetində təhsil alıb. İlahiyyat üzrə fəlsəfə doktorudur. 

Ceyhun Məmmədovun 14-dən çox kitabı çap olunub. O, həmçinin ərəb dili üzrə tərcüməçilik fəaliyyətilə məşğuldur. 

Yeni təyinatadək AMEA-nın Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda böyük elmi işçi işləyib.
TƏCİLİ! Rusiyada panika yaşanır - Dəmiryol stansiyası partladıldı
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox