https://www.zirve.edu.az/
22.05.2020 10:19
DİM sözçüsü sənəd verəcək abituriyentlərə səsləndi – Prosedur və tarix
Çap et

"Ərizələrin təsdiqi iki formada həyata keçirilir.  Abituriyent barədə DİM-də məlumat varsa, öz ərizələrini təsdiq edə bilərlər. Digərləri isə Sənəd Qəbulu Komissiyalarına yaxınlaşmalıdırlar".

 

AzEdu.az xəbər verir ki, bunu DİM-in sektor müdiri Xanlar Xanlarzadə deyib.

 

O qeyd edib ki, mayın 18-dən etibarən abituriyentlər elektron növbə götürməklə SQK-a müraciət edə bilirlər.

 

"Ali və orta təhsil müəssisələrinə sənəd qəbulu mayın 12-dən etibarən başlayıb. DİM-in rəsmi saytında  abituriyentlərin qeydiyyatdan keçməsi üçün keçid (link) yerləşdirilib. Qeyd edim ki,  sənəd qəbulu iyunun 5-dək davam edəcək.

 

Bu müddət ərzində abituriyentlər öz ərzilərini mütləq təsdiq etməlidirlər. Abituriyentlərə I-IV qurp ixtisasları ilə yanaşı, V qrupu da seçə bilərlər. Həmçinin kolleclərə qəbul üçün növbəti bəndləri də qeyd edə bilərlər. Ərazilərin təsdiqi iki formada həyata keçirilir. Abituriyent barədə DİM-də məlumat varsa, öz ərizələrini təsdiq edə bilərlər.

Digərləri isə Sənəd Qəbulu Komissiyalarina yaxınlaşmalıdirlar. 80-90 faiz abituriyentlər özləri öz ərazilərinə təsdiq edə bilirlər.

Xaricdə təhsil alanlar, əvvəlki ilin oğlan məzunları isə mayın 18-dən iyunun 5-ə qədər Sənəd Qəbulu Komissiyalarina elektron növbə götürməklə  yaxınlaşıb ərizələrini təsdiq etməlidirlər. Kolleclərə qəbul olmaq istəyənlər də bu qaydada ərizə verməlidirlər".

Məlumat üçün bildirək ki  SQK-lar hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 9-dan 17-dək fəaliyyət göstərirlər:

DİM-in Badamdar ofisi (Bakı ş, Yasamal r, Mikayıl Müşfiq küç., 1M)

DİM-in Asiya ofisi (Bakı ş, Nəsimi r, Abdulvahab Salamzadə küç., 28)

DİM-in Gənclik ofisi (Bakı ş, Nərimanov r, Koroğlu Rəhimov küç., 108A)

DİM-in Naxçıvan MR  Regional Bölməsi (Naxçıvan ş., Nizami küçəsi, 10);

DİM-in Gəncə Regional Bölməsi (Gəncə ş., H.Əliyev meydanı, İnzibati bina);

DİM-in Lənkəran Regional Bölməsi (Lənkəran ş., H.Aslanov xiyabanı, 52);

DİM-in Xaçmaz Regional Bölməsi (Xaçmaz ş., M.Ə.Rəsulzadə küç., 7b);

DİM-in Şəki Regional Bölməsi (Şəki ş., M.Rəsulzadə prospekti, 182);

DİM-in Şirvan Regional Bölməsi (Şirvan ş., M.Rəsulzadə küçəsi, 19);

DİM-in Göyçay Regional Bölməsi (Göyçay ş., Rauf İsayev küçəsi, 43);

DİM-in Bərdə Regional Bölməsi (Bərdə ş., H. Əliyev prospekti, 88);

DİM-in Şəmkir Regional Bölməsi (Şəmkir ş., Bakı - Qazax şosesi, İnzibati bina –“west gate”).

 Elektron ərizələrini SQK-larda təsdiq etdir­məli olan abituriyentlər  SQK-ya aşağıdakı sə­nəd­ləri təq­dim edirlər:

-    elektron ərizəsinin iş nömrəsi və şəxsi kabinetinin istifadəçi adını (şəxsiyyəti  təsdiq edən sənəddə göstərilən Fərdi İdentifikasiya Nömrəsini (FİN));                    

-    tam orta, orta ixtisas və ya ali təhsil haqqında sənədin əslini[1] (orta ixtisas və ya ali təhsil haqqında sənədin əslini təqdim edən abituriyentlər, həmçinin məzunu olduqları ümumi təhsil müəssisəsi tərəfindən verilən, müəyyən olunmuş formada attestat qiymətləri göstərilən arayışı - “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”na  2 nömrəli əlavə[2]);

-    şəxsiyyətlərini təsdiq edən sənədin əslini:

  •      Azərbaycan Respublikasının vətəndaşları şəxsiyyət vəsiqələrini;
  •      əcnəbilər icazə vəsiqələrini və (və ya) pasportlarını;
  •      vətəndaşlığı olmayan şəxslər icazə vəsiqələrini və ya yaşadıqları ölkənin hüdudlarından kənara getmək üçün onlara verilən sənədlərini;
  •      Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini;
  •      qaçqın statusu almış şəxslər və onların ailə üzvləri qaçqın vəsiqələrini, onlara verilmiş yol sənədlərini, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda, digər sənədləri və ya icazə vəsiqələrini;

-    Azərbaycan Respublikasında ali təhsil müəssisələrini ödənişli əsaslarla bitirən abituriyentlər (2012 və ondan sonrakı illərdə ali təhsil müəssisələrini bitirənlər istisna olmaqla) dövlət hesablı yerlərin müsabiqəsində iştirak etmək üçün bitirdikləri təhsil müəssisələri tərəfindən verilən və ali təhsilinin ödənişli əsaslarla olmasını təsdiq edən arayışı (“Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”na 3 nömrəli əlavə [3]);

-    hərbi bilet və ya çağırışçı şəhadətnaməsini;

-    əcnəbilər və xarici ölkələrdə təhsil almış şəxslər yuxarıda qeyd olunan sənədlərlə yanaşı, həmin sənədlərin notarial qaydada təsdiq edilmiş Azərbaycan dilinə tərcüməsini.