Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-21 15:37:00
Bu universitetdə 2021-ci ilin yayına kimi dərslər onlayn formada davam edəcək

Kembric Universiteti növbəti tədris ilində də təhsili onlayn şəkildə davam etdirəcək.

 

AzEdu.az Britaniyanın “The İndependent” nəşrinə istinadən xəbər verir ki, universitet heyəti 2021-ci ilin yayına kimi dərsləri onlayn formada davam etdirməyi planlaşdırır.

 

Məşhur ali təhsil müəssisəsi 2020-2021-ci il tədris ilində koronavirus əleyhinə tədbirlər görən ilk universitet olmuşdu.

 

Kembric Universitetindən verilən məlumata görə, mühazirələr demək olar ki, gələn ilin yayına qədər sosial uzaqlaşma tədbirlərinə uyğun olaraq onlayn formada davam edəcək, lakin virus tamamilə yox olarsa, kiçik qruplar şəklində ənənəvi tədrisə keçid edilə bilər.

 

"Bu qərar koronavirusa qarşı mübarizəni asanlaşdırmaq üçün qəbul edilib, ancaq qaydalarda dəyişiklik edilə bilər. Universitetdə mart ayından etibarən uzaqdan təhsilə start verilib, imtahanlar da bu formada keçirilir. Onlayn mühazirələrin ən yaxşı keyfiyyətdə təqdimini təmin etmək üçün xüsusi planlar hazırlayırıq", - deyə universitet rəsmisi qeyd edib.