https://www.zirve.edu.az/
20.05.2020 16:23
"Məktəb psixoloqundan tövsiyələr" sosial-maarifləndirmə layihəsi davam edir
Çap et

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilən sosial-maarifləndirmə layihəsi davam edir.

 

AzEdu.az  xəbər verir ki, "Məktəb psixoloqundan tövsiyələr" adlı sosial-maarifləndirmə layihəsi çərçivəsində hazırlanmış 22-ci videoçarxda 210 nömrəli tam orta məktəbin psixoloqu Vüsalə Rəhimova "Kiçik yaşlı uşaqlarda diqqətin davamlılığı" mövzusunda tövsiyələrini təqdim edir.

 

Layihənin əsas məqsədi valideyn və şagirdlərə sosial təcrid günlərində onlayn psixoloji dəstək göstərmək, uşaqlarla davranış baxımından valideynlərə düzgün istiqamət vermək, qarşılıqlı münasibətlərdə psixoloji dayanıqlılığı artırmaq və sosial yardımlaşma imkanlarını genişləndirməkdən ibarətdir.

 

Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən şagird, valideyn və ümumilikdə bütün vətəndaşlara psixoloji xidmət üçün yaradılmış 146-3 "Qaynar xətt" xidməti də fəaliyyət göstərir. Ölkəmizdə yeni koronavirus (COVİD-19) infeksiyası ilə əlaqədar karantin rejimi elan olunduğundan evdə qalan şagirdlər, eləcə də bütün vətəndaşlar mənəvi-psixoloji dəstəyə zərurət duyduğu hallarda sözügedən "Qaynar xətt" xidməti ilə əlaqə yarada bilərlər.

 

VIDEO