Azedu.az

Tələbələr universitetin binasını mühasirəyə aldılar - Rektor xəstəxanaya düşdü

Ali təhsil

30 May 2018, 13:00
Tələbələr universitetin binasını mühasirəyə aldılar - Rektor xəstəxanaya düşdü

Yerevan Dövlət Universitetinin rektoru Aram Simonyan xəstəxanaya düşüb.

AzEdu.az-ın  məlumatına görə, bu, tələbələrin universitet binasını mühasirəyə almasından sonra baş verib.

Təhsilin aşağı səviyyəsi, akademik azadlıqların olmaması, bir sıra informasiya resurslarının kasadlığı tələbələri rektoru istefaya çağırmağa vadar edib.

 Binanın mühasirəsi zamanı orada olan rektorun səhhəti qəfil pisləşib və xəstəxanaya yerləşdirilib.

2006-cı ildən universitetin rektoru vəzifəsini daşıyan Aram Simonyan istefaya getməyəcəyini bildirib.

TƏCİLİ! Rusiyada panika yaşanır - Dəmiryol stansiyası partladıldı
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox