AzEdu.az xəbər verir ki, Almaniyanın Martin Lüter adına Halle-Vittenberq Universitetinin Beynəlxalq iqtisadi hüquq və müqayisəli hüquq üzrə professoru Azər Əliyev 21 may 2020-ci il saat 14:00-da BDU-nun tələbələri üçün Microsoft Teams platforması üzərindən “Fors-major hallarının hüquqi tənzimlənməsi” mövzusunda onlayn ustad dərsini keçəcəkdir.
Virtual ustad dərsində iştirak etmək istəyən şəxslərin 19 may 2020-ci il saat 17:00-dək [email protected] ünvanına müraciət etməsi xahiş olunur.