https://www.zirve.edu.az/
13.05.2020 11:09
AMEA: İqlim dəyişikliklərinin yaratdığı fəsadların öyrənilməsi üçün elmi fəaliyyət planı hazırlanacaq  
Çap et

Dünyada baş verən iqlim dəyişikliklərinin yaratdığı fəsadların öyrənilməsi, təsir dairəsi və qabaqlayıcı tədbirlərin proqnozlaşdırılması ilə bağlı bir ay müddətində elmi fəaliyyət planı hazırlanacaq.

 

 AzEdu.az  xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev postpandemiya dövründə Azərbaycan elminin qarşısında duran vəzifələrlə bağlı rəhbərlik etdiyi qurumda həyata keçirilməsi nəzərdə tutulan tədbirlər haqqında açıqlamasında deyib.

 

Akademik diqqətə çatdırıb ki, fəaliyyət planının hazırlanıb AMEA-nın Rəyasət Heyətinə təqdim olunması üçün Coğrafiya, Fiziologiya, Botanika, Genetik Ehtiyatlar, Torpaqşünaslıq və Aqrokimya, Mikrobiologiya və Dendrologiya institutlarına tapşırıq verilib.

 

Qeyd edək ki, postpandemiya dövründə Azərbaycan elminin vəzifələri ilə əlaqədar Tədbirlər Planı AMEA Rəyasət Heyətinin növbəti iclasında müzakirəyə çıxarılacaq.