https://www.zirve.edu.az/
13.05.2020 10:36
Sabiq rektor yeni rektorun təyinatından danışdı
Çap et

“Dünən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Aqil Muxtar oğlu Şirinov Azərbaycan İlahiyyat İnstitutunun rektoru təyin olundu. Aqil Şirinov dərin dini biliyə malik, Azərbaycandakı dini durum barədə kifayət qədər məlumatlı mütəxəssislərdəndir”.



 AzEdu.az  xəbər verir ki, bu barədə  Milli Məclisin deputatı, Azərbaycan İlahiyyat İnstitutunun sabiq rektoru Ceyhun Məmmədov yeni təyinatla bağlı fikirlərini bölüşərkən deyib.

 

“Aqil Şirinovla 2 ilə yaxın bir yerdə çalışmışıq. İnanıram ki, bu vəzifənin öhdəsindən layiqincə gələcək. Aqil Şirinovu, eləcə də Azərbaycan ali təhsil müəssisələri arasında xüsusi yeri və rolu olan Azərbaycan İlahiyyat İnstitutunun kollektivini bu təyinat münasibətilə təbrik edir, yeni-yeni uğurlar arzulayıram. İnanıram ki, 2 ildə böyük nailiyyətlərə imza atmış bu komanda bundan sonra da eyni ruhla və güclə daha böyük uğurlara nail olacaq”,-C.Məmmədov əlavə edib.(Modern.az)