https://www.zirve.edu.az/
09.05.2020 12:46
OpenAI təşkilatı musiqi yaratmağı bacaran süni zəka sistemini təqdim edib
Çap et

Süni zəka sahəsində fəaliyyət göstərən qeyri kommersiya təşkilatı olan OpenAI, Jukebox adlı yeni neyron şəbəkəsini təqdim edib. Bu neyron şəbəkə musiqi ilə vokal partiyalar yarada bilir. Maraqlısı ondadır ki, Jukebox neyron şəbəkəsi müxtəlif musiqi janrlarında çalışa və hətta məşhur musiqiçiləri imitasiya edə bilir. Sözügedən süni zəka sisteminin işə salınması münasibətilə o artıq öz ilk albomunu təqdim edib və həmin alboma bir sıra musiqi daxil olub. AzEdu.az xəbər verir ki, bu barədə Techrepublic.com saytı xəbər verib.

 

Jukebox-un inkişaf etdirilməsi üçün onun müəllifləri LyricWiki kimi məşhur bazalarda olan milyonlarla musiqidən istifadə ediblər.

Həmin məlumatlara müəlliflər həmçinin metaməlumatları da daxil ediblər. Həmin məlumatlar arasında musiqilərin janrları, onları ifa edən şəxslərin adları və həmin musiqilərin nə zaman işıq üzü gördükləri barəsində məlumatlar əks olunublar. Neyron şəbəkənin musiqini daha asan şəkildə anlaması üçün tərtibatçılar hər bir musiqinin əhval-ruhiyyəsini və həmin musiqilər ilə bağlı olan açar sözləri təyin ediblər. Jukebox öz musiqilərini dil modeli və OpenAI tədqiqatçıları ilə birlikdə bəstələyir. Təəssüflər olsun ki, bu neyron şəbəkənin hal hazırki versiyası mənasız musiqi mətnləri yaradır.

 

Jukebox-un ilk albomuna 6 musiqi daxil olub. İstənilən şəxs onlara Soundcloud servisində qulaq asa bilər. Jukebox-u digər bəstəkar neyron şəbəkələri ilə müqayisə edən zaman görmək olar ki, Jukebox onları geridə qoyur. Lakin buna baxmayaraq Jukebox hələ də spesifik çalışır. Sözügedən süni zəka sisteminin mənfi cəhətləri arasında güclü hesablama resurslarından istifadə ehtiyacı var. Buna görə də yaxın zamanda onun səs studiyalarında istifadəsi mümkün deyil. Bundan əlavə olaraq süni zəka hələ ki, musiqinin kupletdən və nəqarətdən ibarət klassik strukturunu anlamır.