https://www.zirve.edu.az/
08.05.2020 13:20
Nazir peşə təhsilinə qəbul, qiymətləndirmə və təcrübə ilə bağlı vacib məqamları açıqladı
Çap et

"Peşə təhsil sistemində olan tələbələrimiz istehsal təcrübəsində iştirak edə bilməyib və peşə ilə bağlı fənlərin tədrisi və qiymətləndirməsini başa çatdırmayıblar. Ona görə də bu fənlər üzrə qiymətləndirmə tələbələrin əvvəlki müvafiq peşə sahələri üzrə orta göstəricilərinə əsasən keçirilməsi nəzərdə tutulur"

 

Azedu.az xəbər verir ki bunu Təhsil naziri Ceyhun Bayramov Operativ Qərargahın brifinqdə deyib. O, tələbələrin qiymətlərindən narazı olarsa, nəticələrini düzəldə biləcəyini də vurğulayıb.

 

 "Məlum olduğu kimi peşə təhsilində tədris iki istiqamətdə aparılır. Ümumtəhsil fənlərinin tədrisinin qiymətləndirilməsi qış aylarında dekabrdan fevrala qədər aparılır. Yəni, peşə təhsilində bu fənlərin qiymətləndirilməsi artıq başa çatıb. Lakin peşə təhsil sistemində olan tələbələrimiz istehsal təcrübəsində və peşə ilə bağlı fənlərin tədrisin və qiymətləndirməsinin başa çatdırmayıblar. ona görə də bu fənlər üzrə qiymətləndirmə tələbələrin əvvəlki müvafiq peşə sahələri üzrə orta göstəricilərinə əsasən bu il qiymətləndirmənin keçirilməsi nəzərdə tutulur.

 

Ümumtəhsildə olduğu kimi, tələbə öz nəticəsindən narazı olarsa, avqust sentyabr aylarında tədris ilindən əvvəl peşə təhsil müəssisəsinə müraciət edərək yenidən qiymətləndirmədə iştirak edib nəticəsini yaxşılaşdıra bilər."

 

"Peşə təhsil müəssisəsinə qəbul isə ənənəvi olaraq avqust ayında həyata keçirilir, bu il də həminki vaxtda keçirilməsi nəzərdə tutulur. Burada hər hansı bir dəyişikliklər gözlənilmir"-deyə nazir C.Bayramov qeyd edib