Mayın 29-da Xəzər Universitetində bu ali məktəbin Karyera Mərkəzinin təşəbbüsü ilə ənənəvi karyera sərgisi təşkil edilib.
AzEdu.az xəbər verir ki, tədbir “Baker Tilly” şirkətinin xüsusi dəstəyi ilə reallaşıb. Sərgidə 20-dək şirkətin nümayəndələri iştirak edirlər.
Nümayəndələr təmsil olunduqları şirkətlərdəki vakansiyalar haqqında ətraflı məlumat veriblər.