Azedu.az

Yerevanda tələbələr aksiya keçiriblər 

Ali təhsil

29 May 2018, 14:09
Yerevanda tələbələr aksiya keçiriblər 

Yerevan Dövlət Universitetinin tələbələri mayın 29-da tətil elan edərək dərslərə girməyiblər.  

AzEdu.az  Ermənistan KİV-inə istinadən xəbər verir ki, onlar ali məktəbin qarşısında etiraz aksiyası keçiriblər. 

Tələbələr universitetin rektoru Aram Simonyanın istefasını tələb edirlər.

Onlar eyni zamanda ali məktəbdə maliyyə auditinin keçirilməsini, Himayədarlar Şurasının buraxılmasını, eləcə də Həmkarlar İttifaqı və Tələbə Şurasının fəaliyyətinin müvəqqəti dayandırılmasına dair tələblər irəli sürüblər. 

TƏCİLİ! Rusiyada panika yaşanır - Dəmiryol stansiyası partladıldı
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox