Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-25 14:40:00
Özünütəcrid rejimində insan üçün vacib olan vitamin açıqlandı

Pandemiya dövründə özünütəcrid rejimində D vitamini insan üçün əvəzolunmazdır.

Bu barədə “The Independent” britaniyalı mütəxəssislərə istinadla xəbər yayıb.

 

Bildirilir ki, hazırda dünyanın əksər ölkələrində insanlar, demək olar ki, vaxtlarını qapalı məkanlarda keçirdikləri üçün bədənləri birbaşa günəş işığına məruz qalmır. Buna görə, orqanizm tərəfindən kalsium və fosfatın mənimsənilməsinə cavabdeh olan D vitamini qəbul etmək tövsiyə olunur.

Bildirilir ki, D vitamininin əsas mənbələri günəş şüalarından əlavə, yumurta sarısı, qırmızı ət və balıq yağıdır.