https://www.zirve.edu.az/
24.04.2020 10:50
Abituriyentlərin nəzərinə - DİM nəşrlərini bu yolla asanlıqla əldə edə bilərsiniz

Nəzərinizə çatdırırıq ki, nəşrlər "Abituriyent" jurnalının əməkdaşları və ya poçt xidməti vasitəsilə Bakı şəhəri daxilində 2 gün, regionlar üzrə isə məsafədən asılı olaraq ən geci 5 gün ərzində sifarişçinin ünvanına çatdırılır.

 

 AzEdu.az  xəbər verir ki, son 20 gün ərzində onlayn sifariş əsasında respublikanın 21 şəhər və rayonu üzrə 132 müxtəlif ünvana 263 DİM nəşrinin çatdırılması təmin edilib.

 

Dövlət İmtahan Mərkəzinin nəşrlərini (“Abituriyent” jurnalının buraxılışları və ona əlavələri – yeni təhsil proqramı (kurikulum) üzrə qiymətləndirmə tapşırıqları, test topluları, dərs vəsaitləri və s.) abiturient.az saytında bank kartı vasitəsilə ödəniş etməklə əldə etmək mümkündür.

 

Video təlimat vasitəsilə DİM nəşrlərinin onlayn sifariş qaydası ilə əyani şəkildə tanış ola bilərsiniz.

 

Qeyd edək ki, istifadəçi almaq istədiyi nəşrləri “Zənbilə əlavə et” düyməsini basmaqla seçdikdən sonra “Zənbil”inə daxil olur. Burada seçilən kitablar və onların nüsxələrinin sayı, həmçinin ödəniləcək məbləğ öz əksini tapır. Dəqiqləşdirmə aparıldıqdan sonra “Təsdiqlə” düyməsi seçilir və açılan pəncərədə tələb olunan bütün məlumatlar – məhsulun göndəriləcəyi şəhər və ya rayon, sifarişçinin ad, soyad, ata adı, telefon nömrələri və ünvan qeyd olunur. Ödəniş isə bank kartı vasitəsilə həyata keçirilir.

 

Hər bir nəşrin ünvana çatdırılma xərci 1.5 manatdır. Sifarişin ümumi məbləği 20 AZN və daha çox olarsa, çatdırılma pulsuz olacaq.

 

Nəşrlərin sifarişi ilə bağlı çətinlik və ya çatdırılmasında ləngimə olarsa, 012-489-02-59 nömrəsinə zəng edə və ya [email protected] ünvanına yaza bilərsiniz.

 

“Abituriyent” jurnalının nəşrlərinin elektron versiyalarını (pdf formatında) isə buradan əldə edə bilərsiniz.

 

VIDEO