Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-21 13:56:00
Buraxılış imtahanları ilə bağlı MÜHÜM AÇIQLAMA

“Martın 1-də doqquzuncu sinif buraxılış imtahanları keçirilib və nəticələri onlayn şəkildə yoxlanılıb”.

AzEdu.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə pandemiya dövründə qurumun fəaliyyəti, təxirə salınan imtahanlar, gələcək işlər və digər məsələlərlə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, yazı işlərini müəllimlərin evdə yoxlaması üçün şərait yaradılıb:

 

“Ötən illə müqayisədə, doqquzuncu siniflərin builki nəticələri xüsusən riyaziyyat fənnində daha müsbətdir. Bu gündən isə onlayn şəkildə apellyasiya prosesini elan etmişik. Məsələyə baxılandan sonra həmin şəxsə müzakirə üçün vaxt bildiriləcək. Hansısa proqramla onlarla müzakirə aparılacaq. Amma qeyd edim ki, şagirdlərin müraciətdən evvəl cavab kartları ilə tanış olması mütləqdir. Ötən il müraciət edənlərin əksəriyyəti cavab kartına baxmadan təkrar yoxlanış üçün müraciət edirdi. Bu il bu, tələb kimi irəli sürülür".

“Hər kəs yazı işi üçün müraciət etməzdən əvvəl öz yazı işinə baxmalıdır”, - deyə sədr qeyd edib.