Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) əsaslı kitabxanasında Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr edilmiş kitab sərgisi təşkil olunub.
ADNSU-dan AzEdu.az-a bildiriblər ki, sərgidə AXC-nin fəaliyyətindən, Heydər Əliyev siyasətinin uğurlu nəticələrindən, dövlət müstəqilliyimizin bərpasından sonra ölkəmizdə qazanılan nailiyyətlərdən bəhs edən kitablar, jurnallar və digər materiallar yer alıb.