https://www.zirve.edu.az/
09.04.2020 18:46
Azərbaycanda özəl məktəbəqədər təhsil müəssisələrinin sayı 3 dəfə çoxalıb

Azərbaycanda son 5 ildə özəl məktəbəqədər təhsil müəssisələrinin sayı 3 dəfədən çox artıb.

 

AzEdu.az xəbər verir ki, Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında Milli Məclis qarşısında hesabatında bildirilib.

 

Hesabatda bildirilir ki, ümumi təhsil müəssisələrində dövlət büdcəsi hesabına 5 yaşlı uşaqların məktəbəhazırlıq təhsili 2013-cü ildəki 24%-dən 2019-cu ildə 84,2%-ə çatdırılıb, 105 mindən çox uşaq təhsilə cəlb edilib. Növbəti ildə məktəbəhazırlığa cəlb edilmə göstəricisinin 90%-ə çatdırılması nəzərdə tutulur. Son 4 ildə məktəbəhazırlıq qruplarında işləyən 17 561 ibtidai sinif müəllimi təlimlərə cəlb edilib, yeni tədris materialları hazırlanaraq tətbiq edilib.

 

Məktəbəqədər təhsilin əhatə səviyyəsinin yüksəldilməsi ilə bağlı özəl təhsil müəssisələrinin fəaliyyəti daim təşviq edilib, son 5 ildə onların sayı 3 dəfədən çox artaraq 41-dən 159-a çatıb.