Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-08 14:35:00
"Alimlər iddia edirdilər ki, epidemiyalar kosmosdan gəlir"-  Akademik

 

 “Elmi tədqiqat aparılan laboratoriyalarda COVİD-19-un süni yolla yaradılma ehtimalı mümkündür”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında AMEA-nın akademik Ə. Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktoru, professor, kimya üzrə elmlər doktoru Vaqif Fərzəliyev deyib:

 

 O, hazırda bütün bəşəriyyətin yaşadığı təhlükəli koronavirus infeksiyası haqqında olan fikirlərini bölüşüb:

 

“Koronavirus pandemiyası dünyaya gələn böyük bəladı. Bəşəriyyət onun öhdəsindən şüur və təmkinlə gələ bilər. Qaydalara əməl etməkdən başqa hələ ki çıxış yolu yoxdur.

 

Çin təcrübəsi göstərir ki, izolyasiya qaydalarına ciddi əməl etdikdə yaranan təhlükəli vəziyyəti aradan qaldırmaq mümkündür.

 

Hazırda həkimlərimiz COVİD-19-un müalicəsi istiqamətində böyük fədakarlıq nümayiş etdirirlər. Dünyada vaksinin tapılması istiqamətində tədqiqatlar aparılır və ilkin nəticələr əldə edilir. Bu tip təcrübələr heyvanlar üzərində aparıldıqdan sonra insanlarda sınanılır. Ehtimal edilir ki, 3 ay ərzində vaksini tapmaq və onu dünyaya yaymaq mümkündür”.

 

 

 Professor pandemiyanın süni şəkildə yaradılması ilə bağlı fikirlərə aydınlıq gətirib:

 

“Koronavirusun laboratoriya şəraitində hazırlanması fikri ondan irəli gəlir ki, bütün inkişaf edən ölkələrdə bioloji silahların hazırlanması istiqamətində elmi tədqiqatlar aparılır. Bu baxımdan bunun olma ehtimalı  yüksəkdir. Lakin fikrin nə dərəcədə doğru olduğunu heç kim deyə bilməz. Elmi tədqiqat aparılan həmin laboratoriyalarda COVİD-19 da yaradıla bilər. Amma bunun bilərəkdən və ya hər hansısa bir təsadüf əsnasında ortaya çıxdığı fikrini demək çox çətindir.

 

 

Çox qədimə dayanan bir versiyanı demək istəyirəm: Elm adamları iddia edirdilər ki, epidemiyalar kosmosdan gəlir. Lakin onların qalaktikanın hansı hissəsindən gəldiyini demək çox çətindir. Bu versiya hələ XX əsrin ortalarında irəli sürülüb.”.

 

 

Vaqif Fərzəliyev insanları ehtiyyatlı olmağa səsləyir:

 

 

“Tarix bir çox epidemiyalara ev sahibliyi edib. Onlar  zamanla bir ərazidə mövcud  olub və keçib gedib. Lakin heç biri koronavirus qədər bəşəriyyətə təsir etməmişdi.

 

 

Dünyada bir sıra qriplər mövcuddur: Quş qripi, donuz qripi, ebola. Onların hər birinin qarşısı tez bir zamanda alınıb. Lakin koronavirusa insanlarımız laqeyd yanaşdı və deyilənlərə əməl etmədilər. Bəzi vətəndaşlar hətta maska taxmırlar və bu virusun varlığına belə inanmadıqlarını deyillər. Bu tip saymazyana hərəkətlərə görə pandemiyanın miqyası böyüyüb. Hətta inkişaf etmiş İtaliya və İspaniya kimi Avropa dövlətləri karantin tədbirlərinə çox gec başladılar. Dekabrda dünyada yaranan kiçik bir virus hazırda onu cənginə almaqda davam edir”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları