https://www.zirve.edu.az/
30.03.2020 11:18
Məktəblilərin şahmat üzrə onlayn yarışı keçirildi
Çap et

Məktəblilərin iştirakı ilə onlayn şahmat yarışı keçirilib. Yarış "Təhsil” Respublika İdman Mərkəzinin şahmat üzrə respublika birinciliyində yüksək nəticə göstərmiş məktəblilərin iştirakı ilə baş tutub.

 

AzEdu.az xəbər verir ki, yarışda chess.com internet portalında müvafiq platforma üzərindən qeydiyyatdan keçməklə Bakı, Sumqayıt, Gəncə, Naxçıvan şəhərləri, Şəki, Beyləqan və Göyçay rayonlarından 28 şahmatçı iştirak edib. Yarışlar 7 turdan ibarət olmaqla İsveçrə sistemi üzrə keçirilib.

 

Qeyd edək ki, onlayn formatda yarış  koronavirus infeksiyasının ölkəmizdə yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi müvəqqəti olaraq dayandırıldığından məktəblilərin ev şəraitində vaxtlarını daha da səmərəli keçirməsi, onların müasir texnologiyalardan istifadə etməklə yarış