Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-29 13:00:00
Müəllimlər Nazirliyə və mobil operatorlara müraciət etdi

Məlum olduğu kimi ölkədə koronavirus pandemiyası ilə əlaqədar olaraq məktəblərdə tədris prosesi dayandırılıb.

 

Təhsilin fasiləsizliyini təmin etmək üçün müəllimlər onlayn dərslərə üstünlük verirlər.   Lakin şagirdlərin əksəriyyəti internet paketlərinin çox tez bitdiyindən, onlayn dərslərə qoşulmaq üçün sürətin yetərli olmadığından şikayətlənirlər.

 

AzEdu.az xəbər verir ki, elə bu problemi həll etmək üçün gənc müəllimlər mobil operatorlara müraciət edib.

 

 “Üzümüzü Azərbaycan Respublikası Nəqliyyat,Rabitə və Yüksək Texnologiya Nazirliyinə tuturuq, gələcəyimiz olan uşaqların təhsil almaqları naminə internet sürətini artırın. Müəllim və şagirdlər olaraq onlayn dərs keçməkdə çox çətinlik çəkirik. Nar, Azercell və Bakcell operatorlarını təhsilə dəstək olmağa çağırış edirik”.

 

Qeyd edək ki, Təhsil Nazirliyi, Dövlət İmtahan Mərkəzi də şagirdlərə tədrisdən uzaqlaşmamaları üçün elektron vasitələrdən istifadə etməyi tövsiyə edir.