Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-25 09:27:00
Müəllimlər və şagirdlərin mütləq izləməli olduqları filmlər-SİYAHI

AzEdu.az evdə keçirdiyimiz günlərdə özümüzə ayırdığımız zamanı daha gözəl dəyərləndirmək üçün izləyə biləcəyimiz filmləri təqdim edir:

Kindergarten Teacher-Orta yaşlı bir müəllim həyatının stressli bir vaxtındaykən 5 yaşındakı bacarıqlı Jimmy həyatına girər. Filmdə müəllimin bu bacarığı qorumaq və sui-istifadə etmək arasında yaşadıqlarının şahidi oluruq.

Hadi be oğlum (2018-Türkiyə): Balıqçı bir ata olan Əli və hayatını həsr etdiyi balaca oğlu Efenin hekayəsi.

Atasının tək istəyi, ünsiyyət problemi olan və hisslərini ifadə etməkdə çətinlik çəkən oğlu tərəfindən anlaşıldığını bilməkdir.

What Maisie Knew (2012-ABŞ)-Valideynlərinin boşanma qərarı sonrası böyük bir çatışma arasında qalan Maisienin gözündən bu ayrılıq müddətini izləyirik.

Dedemin İnsanları (2011-Türkiyə): Film, Ege qəsəbəsində yaşayan baba və nəvə münasibəti vasitəsilə bu ailənin və bütün ölkənin keçirdiyi təkamülü əks etdirir.

Wont Back Down (2012-ABŞ)-Uşaqların həyatında mənalı bir dəyişim yarada bilmək məqsədilə iş ortaqlığına girən müəllimlər və valideynlərə səslənən filmin hamıya vermək istədiyi güclü mesajları var.

Ivory Tower (2014-ABŞ)-Bəlgəsəl ABŞ-dakı təhsil sistemini analiz edərkən həmçinin sorğuya çəkir. “Yüksək təhsil həqiqətən bu maliyyəyə dəyərmi?”

Derachment (2011-Fransa)-Daima fərqli məktəblərdə dərs deyən baş obraz, son xidmət yerində həm şagirdləriylə, həm də digər müəllimlərlə çox güclü əlaqə yaradır.

Whiplash (2014-ABD): Balaca yaşlarından etibarən bateri çalan gənc və bacarıqlı musiqiçi Andrewin məktəbin ən ciddi müəllimlərindən olan caz dahisi Fletcher ilə çalışmasını izləyirik.

The First Grader (2011-ABŞ-ingiltərə-Keniya)-Həqiqi bir həyat hekayəsindən hazırlanan bəlgəsəldə, Keniyada təhsilin ödənişsiz olmasıyla bərabər, illərcə ölkəsinin azadlığı üçün mübarizə aparan 84 yaşındakı Kimani Maruge bu dəfə də təhsil haqqı üçün mübarizəyə davam edər.

 

Ülkər Abdurahmanlı
Müəllifin digər yazıları