Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-24 13:35:00
Koronavirusun qeydə alındığı ölkə və regionların sayı 200-ə çatır

Asiya ölkəsi olan Laosda koronavirusa ilk yoluxma faktları qeydə alınıb.

AzEdu.az TASS-a istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Məlumata görə, Laosda iki nəfərdə koronavirus infeksiyası aşkarlanıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 197 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 382 431-ə çatıb. Bunların 102 513 nəfəri sağalıb, 16 569 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib