Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-23 14:34:00
"Təxirə salınan imtahanlar bu tarixdə keçirilə bilər"- Ekspert RƏYİ

Yaranan vəziyyətlə əlaqədar olaraq təhsil ictimaiyyətini düşündürən əsas məsələ buraxılış və qəbul imtahanlarının nə vaxt keçiriləcəyidir.

AzEdu.az xəbər verir ki, bu məsələyə təhsil eksperti Elçin Əfəndi də münasibət bildirib. Onun sözlərinə görə imtahanlar iyun və iyul aylarında keçirilə bilər.

 

“ Bəzi məlumatlara əsaslanaraq deyə bilərik ki,  Formula-1 yarışları ölkəmizdə keçirilməyəcək.

Bu isə onu deməyə əsas verir ki, əgər pandemiya halı almış koronavirus may ayınadək aradan qaldırılarsa, Dövlət İmtahan Mərkəzi buraxılış və qəbul imtahanlarını iyun və iyul aylarında həyata keçirəcəkdir. Açığını desək, DİM-i qarşıdakı aylarda çox gərgin, sıx qrafikli və mürəkkəb iş rejimi gözləyir”.

Qeyd edək ki, rəsmi olaraq qəbul imtahanların keçirilmə vaxtında heç bir dəyişiklik olmayıb. IX, XI sinif buraxılış imtahanlarının keçirilməsi təxirə salınıb, keçirilmə tarixi barədə  imtahandan bir həftə öncə  ictimaiyyətə məlumat veriləcək.