Moskva Dövlət Qida İstehsalı Universitetinin yataqxanasında yanğın baş verib.
Yataqxananın 60 kvadrat metr sahəsi yanıb.
Yanğının söndürüldüyü və 4 tələbənin xilas edildiyi bildirilib.
Panfilov küçəsi, 18 ünvanında yerləşən yataqxananın ikinci mərtəbəsi yanıb. Rusiya Fövqəladə Hallar Nazirliyi yanğın faktını təsdiqləyib.
Qeyd edək ki, hazırda yataqxanada 369 tələbə qalır. (APA)