Dünyanın ixtisas hazırlığı üzrə ən effektiv universitetləri
AzEdu.az xəbər veri ki dünyanın trendləri universitetlər qarşısında əmək bazarının sərt tələblərinə uyğun rəqabətqabiliyyətli, yüksək hazırlıqlı mütəxəssislərin hazırlanması kimi mühüm vəzifələr qoyur. Gəncləri artıq konkret ali təhsil müəssisəsinin diplomu deyil, daha çox keyfiyyətli təhsil maraqlandırır. Elə qlobal əmək bazarında öz korrektələrini edən işəgötürənlər də bunu tələb edir. Beləliklə, hansı universitet daha keyfiyyətli təhsil verir? Hansı universitetdə yüksəkixtisaslı, peşəkar mütəxəssis kimi yetişmək olar? (Azərbaycan Müəllimi)
Böyük Britaniyanın nüfuzlu Quacquarelli Symonds (QS) şirkətinin ixtisas hazırlığı üzrə dünyanın ən yaxşı universitetlərinin sayca 10-cu reytinqi (QS World University Rankings by Subject 2020) bu suallara cavab tapmağa imkan verir. Tədqiqat ali məktəb seçimində abituriyentlər üçün çox qiymətli resurs rolunu oynayır. Reytinqin nəticələrindən istifadə etməklə gənclər onları maraqlandıran universitetləri seçə və müqayisə apara bilərlər.
QS-in 2020-ci ilin reytinqinə dünyanın 83 ölkəsindən 1368 ali məktəb cəlb olunub. Tədqiqatda ali məktəblərin 5 istiqamətdə 48 fənn üzrə mövqeyi əks olunub. Tədqiqat gedişində bütün dünya üzrə 95 min alimin bir milyondan artıq rəyi nəzərə alınıb. 22 milyon elmi məqalə və onlardan 150 milyon sitatgətirilmə təhlil olunub. Bundan əlavə, ali məktəblərlə bağlı 45 min işəgötürən arasında sorğu keçirilib. Tədris olunan hər bir fənn üçün qiymətləndirmə meyarları kimi - akademik cəmiyyətin, işəgötürənlərin rəyləri, elmi məqalələrdən sitatgətirilmə indeksi, Xirş əmsalı əsas götürülüb.
İşəgötürənlərdən məzunların işə qəbulu üçün əla hesab etdikləri 10-a qədər yerli və 30 əcnəbi ali məktəbin müəyyənləşdirilməsi xahiş olunub. Onlardan həm də işə götürməyə üstünlük verdikləri fənlərin müəyyənləşdirmələri istənilib.
Tərtibçilər ali məktəbləri qiymətləndirərkən müəllim və tələbələrin Scopus/Elsevier biblioqrafiya verilənlər bazasından əldə olunmuş məlumatlar əsasında elmi məqalələrindən sitatgətirilmə indeksini əsas götürüblər.
Reytinq universitetin təhsil sahəsində güclü tərəflərini və akademik birliyin, işəgötürənlərin sorğularına və araşdırmaların təsirinin qiymətləndirilməsinə əsaslanan elmi araşdırmaları əks etdirir.
Massaçusets Texnologiya İnstitutu hər hansı digər ali təhsil müəssisəsindən daha çox- 12 fənn üzrə dünya lideridir. Harvard Universiteti 11, Oksford Universiteti isə 8 fənn üzrə birincidir. M.V.Lomonosov adına Moskva Dövlət Universiteti beş fənn sahəsindən dördü, 13 ayrı-ayrı fənn istiqaməti üzrə dünyanın top-100 ən güclü ali məktəbi arasına daxil olaraq, tarix boyu ən yaxşı göstəriciyə nail olub.
Reytinqin əsas nəticələri: