Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-18 13:12:00
Gənc müəllimdən aktual təklif: “Bunu etsək, bir aya böyük işlər görə bilərik”

 

Artıq gündən-günə miqyası genişlənən koronovirus pandemiyasının doğurduğu böhranlı vəziyyət cəmiyyət həyatının müxtəlif sahələrinə, xüsusən təhsilə ciddi təsir göstərir.

 


Böhranlı vəziyyət ölkələrdən səfərbərlik və ehtiyat mexanizmlərinin işə salınmasını tələb edir ki, bu da dünyanın 4 qitəsində ən nüfuzlu universitet və məktəblərdə  tədris dayandırılıb və onlayn təhsilin təbiqinə başlanılıb. Təhsil sahəsində böyük dəyişikliklər baş verməkdədir. Hazırda bir çox ölkələrin,  rəsmi olaraq qəbul etmədiyi distant təhsil artıq məşhur olmağa başlayıb.

 

 

Magistr IPG kursunun müəllimi Ravil Rzayev AzEdu.az-a açıqlamasında koronovirusa görə təhsil sahəsində yaranan vəziyyətlə bağlı danışmaqla yanaşı, təkliflə də çıxış edib:

 

 

“Ölkədə bugünlərdə təhsil sahəsində çox ciddi narahatlıq və  çətin situasiya yaranıb. Əgər koronavirus əleyhinə tam effektli antiviral tapılmazsa, böyük ehtimal bütün mart-aprel ayları boyunca bu vəziyyət davam edəcəkdir. Ölkədə bir çox tədris mərkəzləri (kurslar, əlavə təhsil mərkəzləri) qismən online sistemə keçid edib ki, bu da çox pərakəndədir, sistemsizdir və yüksək effektlə müşayiət olunmur. Fərdi hazırlıqla məşğul olan müəllimlər də çarəsiz vəziyyətdə qalıblar. Valideynlər isə olduqca narahatdır. Bəzən müəllimlərə gündə 5 dəfə zəng edir, bu islahatlar barədə sorğu-sual edirlər.

 

 R.Rzayev tədris mərkəzlərində tarazlığın pozulmasını da vurğulayıb:

 

“Tədris mərkəzi rəhbərləri isə xərcləri ilə qazancları arasında rəqs etməyə başlayıb. Amma, tarazlığı olmayan rəqs. Axı, bir aydır, tədris yoxdur. 4 və 5 rəqəmli xərcləri neçə ödəyəcəkləri müəmalı haldır. Hələ, daha böyük kütləyə xitab edən tədris müəssisələri daha acınacaqlı halla üz-üzədir.

 

Qəbul edək ki, vəziyyəti tam analiz edə bilməsələr də, abituriyentlər və MİQ-ə hazırlaşanlar daha həyəcanlı və təşviş içindədirlər.

 

Təhsil sistemindəki bu boşluğu aradan qaldırmaq üçün “Vahid online dərs sistemi” qurmağı təklif edirəm.

 

Hamı eqosunu, köhnə düşmənçilikləri kənara ataraq bir yumruq kimi bir olsa,  inanın ki, çox böyük iş ərsəyə gətirə bilərik. Bütün orta məktəb proqramını səliqə ilə, addım-addım tam təfərrüatı ilə online şəkildə ictimaiyyətə təqdim edə bilərik.

 

Azərbaycan sevgisi olan tədris mərkəzi rəhbərlərinə və müəllimlərə səslənirəm:

 

 

“Vahid online dərs sistemi” haqda bir dəyirmi masa yaratmağın vacib olduğunu düşünürəm. Heç bir gəlir haqda düşünməyərək hər müəllim 1 mövzu üzrə işləsə, təhsil və təlimdə baş verəcək yüksəlişi təsəvvür etmək insana sadəcə zövq verir.

 

 

Sabah bu barədə AR Təhsil Nazirliyi və DİM rəhbərliyinə də müraciət edəcəm. Dövlət də məkan və ya müvafiq dəstək versə, 1 aya ölkədə bu istiqamətdə böyük işlər görmək olar”.

Ülkər Abdurahmanlı
Müəllifin digər yazıları