Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-16 12:44:00
"Əgər dərslər başlanmazsa və vaxt uzadılarsa, o zaman..." -DİM  rəsmisindən AÇIQLAMA

“Ali təhsil müəssisələrinə və kolleclərə sənəd qəbulunun vaxtı dəyişdirldi.  Elektron sistem hal-hazırda aktiv deyil”.

Bu fikirləri AzEdu.az-a açıqlamasında DİM-in mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə deyib. O, həmçinin   əvvəlki illərin məzunları, əsasən, oğlanlar, ali təhsil və kollec təhsili almış oğlan və qızlar xüsusilə, oğlanların ərizə qəbulu məsələsinə də aydınlıq gətirib.

“Ərizələrini Sənəd Qəbulu Komissiyasında təsdiq edəcək namizədlər yalnız mart ayının 29-dan etibarən SQK-lara müraciət edə biləcəklər. SQK-lar da əsasən, ali təhsil müəssisələrində yerləşdiyi üçün mövcud durumda 29 mart dərslərin başlanacağı gündür və həmin gün ali təhsil müəssisələri və orada yerləşən SQK-lar fəaliyyətə başlamalıdır. Əgər dərslər başlanmazsa və vaxt uzadılarsa, o zaman SQK-ların da fəaliyyəti başlanmayacaq. Belə olan təqdirdə ərizə qəbulunun vaxtı da uzadıla bilər. Amma hələ ki, 29-da dərslərin başlanacağı bəllidir. SQK-lar da 29-dan fəaliyyətə başlayacaq”.

Qeyd edək ki, ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunun martın 30-dan aprelin 27-dək aparılması nəzərdə tutulur.