Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-16 09:31:00
Əvvəlki ilin məzunları ərizələrini yalnız belə təsdiqləyə bilər- Qəbul başladı

“Ali təhsil müəssisələrinə və kolleclərə qəbul imtahanları üçün ərizə qəbulunun vaxtı uzadılmalıdır”

 

AzEdu.az xəbər verir ki, bu fikirləri təhsil eksperti Elçin Əfəndi deyib.

 

O, ərizə qəbulu  zamanı yarana bilən çətinlikləri də vurğulayıb.

 

“Bu gündən etibarən ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasından kolleclərə ərizələrin qəbulu başlanır. Ərizə qəbulu online qaydada həyata keçirilir. Cari ilin məzunları və əvvəlki illərin qız məzunları özləri sərbəst şəkildə qeydiyyatdan keçə bildiyi halda, əvvəlki illərin məzunları, əsasən, oğlanlar, ali təhsil və kollec təhsili almış oğlan və qızlar ərizə qəbulunu mütləq Sənəd Qəbulu Komissiyasının vasitəsi  ilə təsdiq etməlidirlər.


Məlum olduğu kimi Nazirlər Kabinetinin yanında yaradılmış Operativ Qərargah aprel ayının 13-dək ölkədə 1 aylıq izolyasiya tədbirlərinin görülməsi ilə bağlı kütləvi toplaşma halı qeyd olunan tədbirləri ləğv etdi. Ərizə qəbulu isə 14 apreldə başa çatacaq. Nəzərə alsaq ki, ərizələrini SQK-larda təsdiq etməli olan şəxslərin əllərində cəmi 1 gün vaxt qalacaq o zaman ortalığa sual çıxır. Bəs ərizə qəbulunun vaxtı uzadılacaqmı?  Bəli,  ərizə qəbulunun vaxtı uzadılmalıdır, yaxud da  aprelin 1-dən sonunadək aparılmalıdır”.