Azedu.az

Bir gündə 9200 tələbəyə distant dərs

Ali təhsil

12 Mart 2020, 19:10
Bir gündə 9200 tələbəyə distant dərs

Koronavirusla bağlı təhsildə yaranan fasilənin nəticələrini aradan qaldırmaq üçün UNEC-də distant dərslər artıq başlayıb.

 UNEC Eksterndən tədris olunan distant dərslərə bütün fakültə və ixtisaslar üzrə əyani təhsil alan bakalavrlar cəlb olunub. Dərslər 4 dildə aparılır.

 UNEC-dən verilən məlumata görə, gün ərzində 9200 tələbəyə müxtəlif fənlər üzrə dərslər keçiriləcək. Ümumilikdə isə UNEC-də 12 min bakalavrın distant təhsilə cəlb olunması nəzərdə tutulub. Dərslər növbəli şəkildə saat 08:00-dan 20:20-dək tədris olunur və martın 20-dək davam edəcək.

İrandan daha bir hücum - Bakı hədəfə alındı
Son xəbərlərDaha çox