Prezident İlham Əliyevin sərəncamı ilə Elmira Hüseyn qızı Axundova Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
AzEdu.az yeni təyin olunan səfirin təhsil dosyesini təqdim edir:
Elmira Axundova 1953-cü il mayın 26-da Moskvanın Ramensk rayonunda anadan olub. Bakı xoreoqrafiya məktəbi yanında ümumtəhsil məktəbini bitirdikdən sonra şəhər 3 saylı texnikumun stenoqrafiya ixtisasına yiyələnib. Sonra ADU-nun filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib.
İlk elmi məqaləsi 1979-cu ildə "Literaturnıy Azerbaydjan" jurnalında çap etdirib.
2002-ci ildən Bakı Slavyan Universitetinin tərcümə nəzəriyyəsi və təcrübəsi kafedrasının dosentidir.