Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-10 11:57:00
Koronavirus təhsilə təsir göstərir

YUNESKO təhsildə yaranan fasilələri məhdudlaşdırmaq üçün distant təhsil proqramlarından istifadəni tövsiyə edir

Koronovirus  (COVID-19)  infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə hökumətlər tərəfindən məktəblərin müvəqqəti və ya qeyri-müəyyən vaxta qədər bağlanması səbəbindən rekord sayda uşaq və gənc məktəbə getmir. Martın əvvəllərinə olan məlumata görə, 4 fərqli qitədəki 22 ölkədə məktəblərin bağlanmasına qərar verilib və ya artıq bağlanıb. YUNESKO  ölkələrə  inklüziv və distant təhsil məsələlərini həll etmək üçün dərhal dəstək göstərir.

 On üç ölkədə məktəbəqədər və liseydə oxuyan, təxminən  290 milyon uşaq və gənci əhatə edən məktəblər  bağlanıb.   Digər 9  ölkə COVID-19-un yayılmasının qarşısını almaq və ya nəzarət etmək üçün məktəblərin  bağlanmasını lokallaşdırıb. Həmin ölkələr məktəbləri bağlamaq qərarına gəlsələr, bu, daha 180 milyon uşaq və gəncin məktəbə getməməsi deməkdir.

 COVID-19-un səbəb olduğu məktəblərin bağlanmasına cavab olaraq, YUNESKO təhsildə yaranan fasilələri məhdudlaşdırmaq üçün dünya ölkələrinə distant təhsil proqramlarından istifadəni tövsiyə edir. Aşağıda məktəblərə və müəllimlərə şagirdlərin öyrənməsini asanlaşdıran,  sosial qayğı və qarşılıqlı əlaqəni təmin edəcək açıq təhsil tətbiqləri və platformaların siyahısı verilib. 

 Açıq təhsil proqramları və platformaları:

 - Canlı yayımlanan dərsləri dəstəkləmək üçün tətbiqlər və platformalar;

- Canlı onlayn dərslər vasitəsilə müəllimlər dərsləri evdən və ya iş yerindən yayımlaya bilərlər;

- Skype, Zoom və Hangouts Meet daxil  bir neçə dil həlləri mövcuddur.

 

-Videodərslər,  MOOCs və asinxron dərslərin istehsalını dəstəkləmək üçün proqramlar.

 

Asinxron təlim tələbələrə öz sürət templərində online kurslar keçməyə imkan verir. Müəllimlər istənilən vaxt əlçatan ola biləcək materiallar, mühazirələr, testlər, videolar və tapşırıqlar təqdim edirlər.


Müəllimlərin onlayn dərsləri, təlim materialları və tələbələrin uzaqdan öyrənməsini idarə etməyə kömək edəcək platformalar, tədris kurslarının idarə edilməsi sistemləri məktəblərin bağlanması dövründə formal təlimin davamlılığını təmin etməkdə  müəllimlərə bir vasitə kimi xidmət edir:


Alison-aparıcı mütəxəssislərdən pulsuz online kurslar.
Babbel- dil öyrənmək üçün bir tətbiqdir.
BRCK-təlim imkanlarını təmin etmək üçün avadanlıq, proqram təminatı və əlaqə vasitələridir.
BYJU ' s - müxtəlif siniflər və öyrənmə səviyyələrinə uyğunlaşdırılmış daha böyük məzmun depoları olan təlim proqramı.
Cell-Ed - müstəqil variantları olan bacarıqlara əsaslanan öyrənmə platforması olan şagirdlərə yönəlmiş ilk mobildir.
Coursera-tanınmış universitet və şirkətlərin müəllimləri tərəfindən keçirilən online kurslar.
Duolingo - pulsuz bir dil öyrənmə proqramıdır.
EdX- dünyanın aparıcı təhsil müəssisələrindən pulsuz onlayn kurslara giriş.

EkStep - savadlılıq və hesablama sahəsində təlim resurslarının toplanması ilə açıq bir təlim platformasıdır.
Eneza Education-əsas funksional telefonlar üçün yenidən işlənmiş və təlim materialları təklif edir.
Funzi - böyük qruplar üçün təlim və öyrənməni dəstəkləyən mobil təlim xidmətidir.
Global Digital Library - bütün dünyada kiçik siniflər arasında savadlılığın yayılmasına kömək edir, rəqəmsal kitablar və digər oxuma materialları bir neçə dildə mövcuddur.
Google Classroom- siniflərə dərslərə uzaqdan qoşulmağa, ünsiyyət qurmağa və mütəşəkkil olmağa kömək edir.

KaiOS - əsas mobil telefonlar üçün smartfon imkanlarını təmin edən açıq əməliyyat sistemidir və öyrənmə imkanları üçün portalların açılmasına kömək edir.
Khan Academy- pulsuz online kurslar, dərslər və təcrübə.
KitKit School-  erkən ibtidai təhsil vasitəsilə erkən uşaqlığı əhatə edən hərtərəfli təlim proqramıdır.
Kolibri - ümumi təhsil üçün online tətbiqdir.
Mindspark- tələbələrin riyaziyyatı öyrənmələrinə və bu sahədə təcrübə keçmələrinə kömək edən bir adaptiv onlayn sistemdir.
Moodle - cəmiyyət tərəfindən idarə olunan və qlobal dəstəklənən açıq təlim platformasıdır.
One Billion - Bir milyard uşaq üçün oxu, yazı və hesablamanı öyrənməyi təmin etmək üçün nəzərdə tutulub.
Rumie - dünyada kifayət qədər xidmət olunmayan icmalar üçün davamlı öyrənməni təmin edən pulsuz rəqəmsal təhsil aləti və məzmundur.
StoryWeaver-uşaqlar üçün çoxdilli hekayələrin rəqəmsal bazasıdır.
University of the People- bütün dünyada ali təhsilin daha geniş əhatəliliyinə nail olmaq məqsədilə pulsuz onlayn universitet təlimi keçmək üçün ABŞ-da akkreditə olunmuş qeyri-kommersiya platformasıdır.
Ustad Mobile -offline rejimində təhsil məzmununa daxil olmaq və bölüşmək.
Worldreader- mobil cihazlar vasitəsilə böyük rəqəmsal bir kitabxanaya  pulsuz girişi təmin edir.
YouTube-təlim videolarının ən böyük deposu.

 YUNESKO təhsilin tempini qorumaq və ailələrin maddi vəziyyətindən asılı olmayaraq, bütün uşaqların təhsil hüququnu təmin etmək üçün məsafədən tədris proqramlarından daha geniş istifadə etməyə çağırır. Məsələn, Çində hökumət qısa müddət ərzində 170 milyon şagirdin iştirak etdiyi milli onlayn təlim platformasını işə salıb.(Azərbaycan müəllimi-Oruc MUSTAFAYEV)