Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-06 12:52:00
Abituriyentlərin bilməli olduğu vacib məqamlar -Təhsil ekspertindən AÇIQLAMA

Dövlət İmtahan Mərkəzi 16 mart-14 aprel tarixlərində ali təhsil müəssisələrinə abituriyentlərin və subbakalavrların ərizə qəbuluna başlayacaq.

Təhsil eksperti Elçin Əfəndi abituriyentlərə kömək məqsədilə bəzi  vacib məlumatları paylaşıb.

AzEdu.az həmin yazını təqdim edir.

“10 gün sonra ali məktəblərə ərizə qəbulu başlanır. Nəzərinizə çatdırım ki, hər hansı bir abituriyent ərizə qəbulu zamanı aşağıdakı seçimləri edə bilər: I, II, III və IV ixtisas qruplarından birini seçməklə yanaşı, eyni zamanda V ixtisas qrupunu və 11 illikdən kolleci də seçə bilər. Əgər abituriyent birbaşa yay imtahanlarında iştirak etmək istəyirsə, o ərizə qəbulu zamanı "Yay imtahanında iştirak etmək istəyirəm" funksiyasını seçməlidir. Əgər abituriyent blok imtahanlarının hər ikisi üzrə iştirak etmək istəyirsə, bu zaman "Yaz qəbul imtahanında iştirak etmək istəyirəm" funksiyasını seçməlidir. Həmin abituriyentə may ayında yenidən yay imtahanında iştirak etmək üçün ərizə vermək imkanı yaradılacaq. I, II, III və IV ixtisas qruplarından birini seçməklə yanaşı, eyni zamanda V ixtisas qrupunu və 11 illikdən kolleci də seçən cari ilin məzunları istənilən halda ödəniş etmirlər. Əgər onlar yay imtahanlarında iştirak etmək istəyirlərsə, bu zaman 40 AZN ödəniş edəcəklər. Və yaxud da abituriyent blok imtahanlarının birində iştirak etmək istəyərsə, o zaman ödəniş ödəmir. Əvvəlki illərin məzunları I, II, III və IV ixtisas qruplarından birini seçməklə yanaşı, eyni zamanda V ixtisas qrupunu və 11 illikdən kolleci də seçə bilərlər. Bu zaman onlar əgər əvvəlki illərdə V qrup və ya 11 illikdən kollecə müraciət ediblərsə, o zaman blok imtahanlarının birində iştiraka görə 40 AZN, V qrup üzrə 40 AZN, 11 illik kollec üzrə isə 20 AZN ödəniş etməlidirlər. Əgər əvvəlki illərin məzunları blok imtahanlarının hər ikisi üzrə müsabiqədə iştirak etmək isəyirsə o zaman həm Yaz, həm də Yay mərhələsi üzrə ayrı-ayrılıqda 40, ümumi 80 AZN ödəniş ödəməlidir. Qeyd edim ki, V ixtisas qrupu üzrə keçirilən imtahan 11 illiklə eynilik təşkil etdiyi üçün çox zaman abituriyentlər 20 AZN əlavə ödəniş ödəmirlər. Qeydiyyat zamanı  onsuz da sistem ödəniləcək məbləği seçimlərə müvafiq olaraq təqdim edir. Əvvəlki illərin məzunları DİL seçimində sərbəstdirlər. Cari ilin məzunları isə əlavə xarici dildən imtahan vermək istəyirsə, ərizə qəbulu zamanı həmin xarici dili seçməlidir. Bunun üçün əlavə 10 AZN ödəniş ödəməlidir. Nəzərinizə çatdırım ki, cari ilin məzunları əlavə xarici dil imtahanını 26 aprel tarixində verəcəklər”.