Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-06 11:52:00
Səhiyyə Nazirliyi rezidentlərin dövrü attestasiya imtahanı barədə məlumat yayıb

Martın 18-də Azərbaycan Tibb Universitetində (ATU) həkim-rezidentlər üçün dövrü attestasiya imtahanı keçiriləcək.

Səhiyyə Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, dövrü attestasiya test formasında həyata keçirilir. Test mərhələsində rezident 2 saat ərzində 50 test sualına cavab verir. Test imtahanı komputer vasitəsilə aparılır. 50 test suallarına hər düzgün cavab 1 balla qiymətləndirilir. Səhv cavablar və ya sualın cavabsız qoyulması sıfır bala bərabər tutulur. Testin yekununa görə 30 və ya daha çox bal toplayan rezidentlər dövrü attestasiyadan keçmiş hesab edilir. Testləri əhatə edən ədəbiyyat siyahısı amu.edu.az saytına yerləşdiri

Dövrü attestasiyada iştirak etmək üçün rezidentlər mütləq şəxsiyyət vəsiqələrini təqdim etməlidir.

Dövrü Attestasiya 18.03.2020-ci il tarixində saat 09:00-da Azərbaycan Tibb Universitetinin İmtahan Mərkəzində keçiriləcək. Rezidentlər şəxsiyyət vəsiqələrini təqdim etməklə martın 14-dən etibarən İmtahan Mərkəzində istifadəçi şifrəsini əldə edə bilərlər. İmtahan Mərkəzi Azərbaycan Tibb Universitetinin 5-ci korpusunda yerləşir.